Dərman Vasitələrinin Qeydiyyatı

LPConsulting AR-da dərman preparatlarının qeydiyyatı üçün peşəkar xidmətlər təklif edir. Azərbaycan Respublikasının əczaçılıq bazarına satış məqsədi ilə yeni dərman vasitələrinin çıxarılması üçün dövlət qeydiyyatı zəruridir.

Dərman vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatdan keçirilməsi və qeydiyyat dosyesində olan dəyişikliklərin qeydiyyatı AR Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Ekspertizanın keçirilmə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə tənzimlənir.

Dövlət qeydiyyatına alınması zəruri olan dərman vasitələrinin kateqoriyaları aşağıdakılardır:

  • orijinal dərman vasitələri;
  • generik dərman vasitələri;
  • daha əvvəl qeydə alınmış dərman vasitələrinin yeni effektiv kombinasiyaları;
  • buraxılış forması və dozası dəyişdirilmiş mövcud qeydiyyatı olan dərman vasitələri.

Qeydiyyat prosesi başa çatdıqdan sonra dərman vasitəsi üçün qeydiyyat şəhadətnaməsi verilir və qeydiyyata alınmış dərman vasitəsi dövlət reyestrinə daxil edilir.Yalnız qeydiyyata alındıqdan sonra dərman vasitəsinin respublika ərazisində satışı mümkündür.

Bizim mütəxəssislərə müraciət edərək sənədləşmə prosesində və dövlət qeydiyyat prosedurunda sizə gərəkli olan məsləhət və yardım ala biləriniz. LPConsulting yalnız standart qeydiyyat prosedurlarının müşayətini deyil, həmçinin qeydiyyat sənədlərində baş vermiş dəyişikliklərin və dərman vasitələrinin təkrar qeydiyyatdan keçirilməsi xidmətlərini də təqdim edir.

Mütəxəssislərimiz sənədləşmə işlərinin və qeydiyyat prosesinin bütün mərhələlərində ortaya çıxan tipik problemləri həll etmək üçün müvafiq tədbirlər sxemi əsasında işləyirlər.

Dərman vasitələrinin təkrar qeydiyyatı

Qanunvericiliyə əsasən dərman vasitələrinin təkrar qeydiyyata təqdim edilməsi,qeydiyyat şəhadətnaməsinin müddətinin sona çatmasına ən tez 1 il,ən geci 120 gün qalanadək mümkündür.

ƏLAVƏ 1. Dərman vasitəsinin dövlət qeydiyyatına alınması üçün ərizə
Dərman vasitəsinin dövlət qeydiyyatına alınması üçün müraciət məktubu
Dərman vasitəsinin yenidən dövlət qeydiyyatına alınması üçün müraciət məktubu
Dərman vasitəsinin qeydiyyat sənədlərində baş verən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müraciət məktubu