Bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı (BFMQƏ)

LPConsulting Azərbaycanda Bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) qeydiyyatı xidmətini təklif edir. Mövcud qanunvericiliyə əsasən BFMQƏ məcburi Dövlət qeydiyyatına alınmalıdır. BFMQƏ-nin qeydiyyatı dedikdə BFMQƏ-nin ekspertizası , sertifikasiyası və patentləşdirmə nəzərdə tutulur.

Bizim şirkət Bioloji Fəallığa Malik Qida Əlavələrinin qeydiyyatı,ekspertizası və sertifikasiyası prosesini bütün mərhələlərdə kompleks müşayət edir.

Qeydiyyat və ekspertiza:

  • Məhsulun BFMQƏ kimi qeydiyyatdan keçirmək imkanını müəyyən etmək üçün reqlamentə uyğun olaraq BFMQƏ-nin tərkibindəki inqrediyentlərin ilkin analizi aparılır.
  • Yerli tələblərə uğun olaraq azərbaycan dilində İstifadə təlimatı hazırlanır.
  • Qanunvericiliyə uyğun olaraq BFMQƏ-nin qablaşmasının maketi hazırlanır.
  • Nümunələr üçün idxala icazə alınır və gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
  • Qeydiyyat dosyesi və nümunələr ekspertiza aparılması üçün Səhiyyə Nazirliyinin müvəkkil etdiyi Analitik Ekspertiza Mərkəzinə təqdim olunur.
  • Analitik Ekspertiza Mərkəzi ilə müqavilə bağlanır və rüsum ödənilir.
  • Qeydiyyat prosesinin mövcud durumu izlənilir və müştəri daim məlumatlandırılır.
  • Ekspertiza yekunlaşdıqdan sonra məhsula BFMQƏ statusu verilməsi haqda ekspert rəyi verilir. Ekspert rəyinin müddəti 1 ildir.

Sertifikasiya

Daha sonra BFMQƏ-ni Azərbaycan Respublikasının ərazisinə idxal etmək və satışını həyata keçirmək hüququ verən Qida Təhlükəsizliyi Sertifikatı əldə etmək üçün Ekspert rəyi əsasında sənədlər Qida Təhlükəsi Agentliyinə təqdim olunur.Qida Təhlükəsizliyi Sertifikatı BFMQƏ-nin müəyyən seriya nömrəsinə verilir və onun qüvvədə olma müddəti preparatın son istifadə tarixini əhatə edir..

BFMQƏ-nın qeydiyyatdan keçirilmə müddəti 1-1.5 ay təşkil edir

Dərman vasitələrinin dəyişikliklərinin qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı

Patentləşdirmə