Haqqımızda
LP Consulting şirkəti sizə Azərbaycan Respublikasının əczaçılıq bazarında geniş spektrli xidmətlər təklif edir.
Partnyorlarımızla sivil və uzunmüddətli münasibətlər qurmağa xüsusi diqqət ayırırıq. İstənilən məsələnin optimal həlli üçün ümumi maraqlara əsaslanaraq daha əffektiv yol tapmağa çalışırıq.
Biz əczaçılıq bazarını dərindən araşdırmışıq və çox gözəl bələdik, ona görə əczaçılıq sferasının inkişafı haqda aktual informasiyaya malikik. Biz keyfiyyətin yüksək standartları və biznesin etik aparılma qaydalarına sadiqik.
LP Consulting şirkəti sizə aşağıdakı xidmətləri təqdim edir.
- Dərman vasitələrinin qeydiyyatı;
- Bioloji Fəallığa Malik Qida Əlavələrinin qeydiyyatı (ekspertiza və sertifikasiya və paentləşdirməsi);
- Tibbi və kosmetik vasitələrin qeydiyyatı (ekspertiza və sertifikasiya);
- Dərman vasitələri,BFMQƏ -lərin təkrar qeydiyyatı;
- Dərman vasitələri,BFMQƏ və tibbi (kosmetik) vasitələrin qeydiyyat dosyelərinə dəyişikliklərin əlavə edilməsi;
- Dərman vasitələrinin qiymətlərinin Tariş (qiymət) Şurasında təsdiqi;
- Ticarı nişanların qeydiyyatı;
- Əczaçılıq məhsulları istehsalçısının nümayəndəsi;
- Dərman vasitələri,BFMQƏ və tibbi (kosmetik) vasitələrin istifadə təlimatlarının tərcüməsi və hazırlanması;
- Dərman vasitələri,BFMQƏ və tibbi (kosmetik) vasitələrin ilkin və ikincili qablaşmalarının maketlərinin hazırlanması;
- Dərman vasitələri,BFMQƏ və tibbi (kosmetik) vasitələrin nümunələrinin idxal.
Dərman vasitələrinin və digər tibbi məhsulların qeydiyyatı sahəsində vəziyyətin dəyişkən olmasına baxmayaraq biz bütün dəyişiklikləri ətraflı öyrənirik və qısa müddətdə öz müştərilərimizə hərəkət planını təqdim edirik və mövcud vəziyyəti ətraflı izah edirik.Çünki Pharmexpert şirkəti olaraq biz öz missiyamızı-əhaliyə vacib olan dərman vasitələri və digər tibbi məhsulların Azərbaycan Respublıkasının əczaçılıq bazarına operativ şəkildə təqdim etməkdə görürük.
